Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalçaçılığın inkişafının dəstəklənməsi ilə bağlı ümumrayon tədbiri keçirilmişdir

0

  • “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Cənab Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Fərmanının 7.1.26 cı bəndinin, yəni Xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi Xocalı rayonu üzrə də maarifləndirici tədbirlər təşkil olunmuşdur. Belə ki,  1905.2022-ci il tarixdə qeyri-neft sektorunun inkişafı sahəsində ölkə əhəmiyyətli tədbirlərdən olan Xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, rayondan olan ziyalı qadınlar iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirdi ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2019-cu il tarixli Sərəncamına əsasən Xocalı rayonunda xalçaçılığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. “Azərxalça” ASC ilə birlikdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində sahəsi 4000 m2  və illik istehsal gücü 1800 kv metr olan xalça sexinin tikintisi planlaşdırılmışdır və bu sahədə də 164 nəfərin daimi işlə təmin olunması nəzərədə tutulmuşdur. Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd gənclərin və qadınların ölkəmizin regional inkişafında rolunun artırılmasına və sahibkarlıq fəaliyyəti ilə bağlı peşə seçiminə istiqamətləndirilməsinə nail olmaqdır. Diskussiya formatında keçən tədbirdə rayon ictimaiyyətinin tələb və təklifləri dinlənildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Xalçaçılığın inkişafının dəstəklənməsi ilə bağlı ümumrayon tədbiri keçirilmişdir

    Maraqlı gələ bilər
    0
    57